Mühəndislik nədir?


Mühəndislik elm və riyazi prinsipləri, təcrübə və yaradıcılığı istifadə edərək təbii
qaynaqlardan insana faydalı məhsullar ərsəyə gətirməkdir.
Daha əhatəli bir tərif ilə belə də deyə bilərik.
Mühəndislik, elmi istifadə edərək, etik dəyərləri mütləq güdərək, müştəri tələblərini
qarşılayacaq şeylər hazırlamaq və emal / inşa etməkdir, elmi məlumatları gündəlik məsələlər
üçün istifadə edə bilməkdir. Elm ilə sənət arasındakı körpüdür.
Mühəndisliyin tarixi necə başladı?



Bizim dilimizdə ərəbcə həndəsə kökündən törəmiş Mühəndis sözü ilə məna tapan
peşə, bu baxımdan baxıldığında "hesabı, riyaziyyatı istifadə edən, ölçən biçən adam" mənası
daşıyır. Halbuki Latın mənşəli dillərdə "Engineer" olaraq adlandırılan bu peşənin etimoloji
keçmişi keçmiş dövrlərə və başqa mənalara uzanır. Latınca "ingignere" "yaradan icad"
edən mənasındakı kökdən törəyən söz 11-ci əsrdə bugünkü mənasında "ingeniator"
olaraq istifadə edilmiş "ingenium" u (yaradıcılığı) olan "ingenius" yaradan, ağıllı, ixtiraçı
mənalarında istifadə edilmişdir. Buxarın icadından sonra maşına "engine" adının verilməsi
ilə bugünkü quruluşu olan Engineer tərifinə qovuşmuş olan söz bir məna daşıyarkən maşınnın da adının meydana gəlməsinə səbəb olmuşdur. "Engine" bu baxımdan
 "işə yarayar icad" mənasında istifadə edilmişdir.
İlkin dövrlərdə insanoğlu sığınmaq, qorunmaq, yemək, ovlanmaq qısacası həyatda qala bilmək üçün təbiətin çətinlikləri ilə mübarizə etmək və qazanmaq məcburiyyətində idi. Bu səbəblə
ilk dövürlərdən etibarən  mühəndislər vardı. Bu ixtiraçılar bugünkü
mühəndislik növlərinə bənzər fəaliyyətlər göstərmirlərdi əlbəttə amma əkmə, biçmə, alət
düzəltmə, ovlama, balıq ovlama, yük daşıma kimi hərəkətləri asanlaşdıracaq hətta mümkün
edəcək vasitələr və sadə aparatlar icad edirdilər.
1750-1850 illəri arasında mühəndisliyin müasir mənada doğuşu oldu. Savery, Newcomen, Vatt və Trevitnick'in buxarlı maşınları, Whitworth'un bolt sənaye maşınları ilə inkişaf sürətləndi, ardıcıl istehsal maşınları və fabrikləri qurulmağa başlandı. Brunel, Stephenson kimi qabaqcıl mühəndislərin elmi istifadə etmək təkidləri ilə nəhayət Fransadan başlayaraq formal universitet təhsilli (yalnız praktikaya söykənməyən) mühəndislik peşəsi yaranmış oldu.
Bu məlumatlar işığında müasir mühəndislik tarixini dörd hissəyə bölmək olar.
Elm inqilabı əvvəli - İlk dövr ixtiraçılarından Leonardo Da Vinçi yə qədər keçən dövr
Sənaye İnqilabı və əvvəlki dövr - 16-cı əsrin sonundan 19-cu əsrə qədər keçən bacarıqlı
iş adamlarından müasir elmdən istifadə edən mütəxəssislərə qovuşulduğu dövr
İkinci sənaye inqilabı - İkinci dünya müharibəsinin əvvəlinə qədər keçən kimya, elektrik,
elektron kimi müxtəlif mühəndislik sahələrinin elmi tam mənası ilə istifadəyə başladığı
dövr.
İnformasiya inqilabı - Döyüşdən sonra başlayaraq bu günlərə gələn kompüter dövrü.
Bu gün mühəndislik sahələri altı əsas qrupda qiymətləndirilməkdədir.
Təyyarə Kosmos mühəndisliyi
Kimya Mühəndisliyi
İnşaat mühəndisliyi
Elektrik Mühəndisliyi
Kompüter mühəndisliyi
Mexanika mühəndisliyi
Qeyd: Tərcümə edilmişdir.
Hörmətlə.

Tema resimleri mariusFM77 tarafından tasarlanmıştır. Blogger tarafından desteklenmektedir.