Ştangenpərgar (Caliper)



Ştangenpərgar (Caliper), həssas ölçü alətidir.

Ölçmə həssaslığına, ölçü şəklinə görə növləri var. Dərinlik ştangenpərgarı, dəlik ştangenpərgarı və s. kimi növləri vardır amma bütün ölçü sistemləri eynidir.
İki çənəsi arasında qalan ilə ölçən, sürüşməli bir alətdir. Görünüşü kobudca boru açarını xatırladır. Gəzən hərəkətli  hissədən ibarətdir. Gəzən qisiminə vernier(sürməli) adı verilir. . Həssaslığı, görülən işə görə dəyişir.

Əsasən - Sürməli ştangenpərgar, Modul ştangenpərgar, Dərinlik ştangenpərgarı, Digital ştangenpərgar, Saatlı ştangenpərgar növləri mövcuddur
Sürməli ştangenpərgarın əsas parçaları aşağıda qeyd olunanlardır.
*Sabit və Hərəkətli çənə; Parçanın xarici ölçülərini ölçmək üçün istifadə edilir.(1)
*Sabit və Hərəkətli Daxili Çap Çənəsi (Xoruz); Parçanın içində qalan genişlikləri, dəlik və kanalları ölçmək üçün istifadə edilir.(2)
*Dərinlik ölçmə çubuğu (Qılınc); Cismin üzərindəki dərinlikləri ölçmək üçün istifadə edilir.(3)
*Metrik cədvəl; Ştangenpərgarın "mm" cinsindən dəyəri oxunması üçün istifadə edilən bölümdür.(4)
*Düym ölçü cədvəli; Ştangenpərgarın "düym" cinsindən dəyəri oxunması üçün istifadə edilən bölümdür.(5)
*Metrik vernier; Parçanın "mm" cinsindən ondalıq dəyərinin oxunmasını təmin edir. "Mm" cinsindən daha həssas ölçünün alındığı yerdir.(6)
*Düym vernier; Parçanın "düym" cinsindən ondalıq dəyərinin oxunmasını təmin edir. "Düym" cinsindən daha həssas ölçünün alındığı yerdir.(7)
*Sabitləyici ; Hərəkətli çənəni sabitləyir(8)


Tema resimleri mariusFM77 tarafından tasarlanmıştır. Blogger tarafından desteklenmektedir.