Manometr və növləri







Qaz və ya maye axanının təzyiqini ölçmək üçün istifadə edilən bir alətdir. Manometrlər - mayeli və metal manometrlər olaraq iki tipi var. İstifadə məqsədi - təzyiq altında işləyən sistemlərdə yetərli təzyiqin təmin olunub, olunmadığını ölçmək üçündür.






  • Mayeli Manometrlər


Ən sadə manometr tipidir. Maye yüksəkliklərinə görə təzyiq və ya təzyiq fərqlərini ölçə bilir. Bir ucu maye və qazın olduğu bağlı qaba bağlıdır. Digər ucu da açıq və ya bağlı tipləri vardır. İçərisinə axıcı maye qoyulur və üzərində bir cədvəl vardır. Axıcı mayeninin təpə nöqtəsinin cədvəl üzərindəki dəyəri bizə təzyiqi verməkdədir. Ən çox istifadə olunanı U tipli manometrlərdir.

U Tipli Manometr, Quyu Tipli Manometr, Bucaq altında Manometr, barometr olmaqla müxtəlif tipləri vardır.

U tipli moanometr

U şəklində qıvrılmış şəffaf şüşə və ya plastik bir borudur. İçərisinə orta səviyyələrinə qədər axıcı maye qoyulur. Üzərində ölçü cədvəli mövcuddur.




Quyu Tipli Manometr

Bu tip manometr quyu adı verilən bir anbar ilə anbara bağlı şüşə bir borudan əmələ gəlməkdədir. Ölçmə əsnasında təzyiqin olduğu qab quyuya bağlanır. Quyudaki təzyiq artdıqca şüşə borudaki axıcı maye yüksələrək boru üzərində gəldiyi dəyər oxunur.


Əyik manometr (Bucaq altında)

Quyu tipli manometrin ölçmə qolunun (şüşə borunun) maili hala gətirilmiş növüdür. Daha dəqiq ölçmə üçün istifadə edilir.

Barometrlər

Atmosfer təzyiqini ölçən və göstərən manometrlərdir. Barometr ümumiyyətlə quyu tipli və civəli olaraq hazırlanır. Atmosfer təzyiqi ölçümü ən kiçik bir faktordan (külək kimi ) belə təsirlənə bilir. Bu səbəbdən atmosfer təzyiqi harada istifadə ediləcəksə ölçmənin orada edilməsi daha düzgündür. Ayrıca mütləq təzyiq istifadə edilərkən gerçək barometrik dəyər istifadə edilməlidir.

McLeod Cihazı

Xüsusilə aşağı vakuum dəyərlərinin qiymətləndirilməsində istifadə edilir. Cihazda əsas olaraq aşağı yuxarı hərəkət ettiriləbilən bir şüşə, şüşə bir balon, bu balonla əlaqəli kapilyar bir boru və istinad ölçü borusu var.










  • Metal (Elastik Elementli) Manometrlər

Metal manometrlər, civəlilər ilə müqayisə edilərək miqyaslanırlar. Sağlam, rahat və çox böyük təzyiqi ölçməyə əlverişli alətlərdir. Metal manometreler, sənayedə, civəlilərə nəzərən daha çox istifadə edilir. Bu tip manometreler Maye (gliserinli) dolğulu, mayesiz, xüsusi siferblatlı və kontaktlı tip olaraq istehsal edilir. Çirkli, xarici hissəcik ehtiva edən, donma və kristallaşma xüsusiyyəti olan maye və qazlarda istifadə olunan manometrlərdir. Membran xüsusiyyətindən ötəri içindən keçən maddə ilə təmas etmədən xətti olaraq ölçü etməkdədir.


Bourdan Manometrləri

Statik təzyiq qiymətləndirilməsində ən çox istifadə edilən cihazdır. Daxili quruluşu əksəriyyətlə eliptik kəsikli C şəklindəki bir borudan meydana gəlir. Boruya təzyiq tətbiq olunduğunda boruda elastik şəkil dəyişməsi əmələ gəlir və bu dəyişmə borunun sərbəst ucundakı yay və dişli mexanizmi ilə əqrəbləri fırlanma hərəkəti olaraq çatdırılır.







Qeyd: Tərcümə edilmişdir.
Hörmətlə.

Tema resimleri mariusFM77 tarafından tasarlanmıştır. Blogger tarafından desteklenmektedir.