ALTİMETR NƏDİR?







Atimetr -latın sözü olan altus (hündürlük); yunan sözü olan metron(ölçürəm) sözlərindən əmələ gəlmişdir.
Altimetr - Deniz səviyyəsinə görə bir yerin yüksəkliyini ölçəbilən xüsusi bir barometr, bir cihazdır. Hava təzyiqindəki dəyişməni ölçərək, dəniz səviyyəsindən nə qədər yüksəkdə olduğunuzu göstərən vasitələrə altimetr deyilir. Altimetrə əslində bir növ barometr də deyə bilərik. Təyyarələr və vertolyotların zəruri ölçü cihazlarıdır. Paraşütçülər və isti hava balonları ilə məşğul olanlar üçün də çox vacibdir.
Radar altimetri və aneroid altimetr kimi fərqli prinsiplərə görə çalışan altimetrlər var. Bununla birlikdə altimetr sözü ilə ümumilik aneroid (barometrik) altimetr nəzərdə tutulur. Altimetr alpinistlik və aviasiyada daha çox istifadə edilir. Aneroid altimetr hər hansı bir təzyiq səviyyəsinə görə bir yerin yüksəkliyini ölçə bilən bir barometrdir. Geniş bir yüksəkliyi dəniz səviyyəsinə görə göstərir. Barometrlərin təzyiqi adətən mmHg (mm civə) cinsindən göstərmələrinə müqabil; altimetr, yüksəkliyi metr və ya fut cinsindən göstərir.
Aneroid altimetrin iş prinsipi atmosfer təzyiqi dəniz səviyyəsindən yüksəldikcə azalır. Məsələn bir dağın zirvəsindəki təzyiq, ətəklərindəki təzyiqdən azdır. Dəniz səviyyəsindən etibarən yuxarıya doğru orta hər 10,5 m (30 ft) çıxdıqca barometr 1 mmHg təzyiqi qədər düşmə göstərir. Bir altimetr 800 metri göstərirsə, o yerin yüksəkliyi altimetr pəncərəsinə keçid təzyiq xəttindən etibarən 800 metrdir. Havanın nəm və istiliyinə bağlı olaraq atmosfer təzyiqi % 0,1-dən az dəyişdiyinə görə, altimetr ilə yüksəklik ölçərkən edilə biləcək xətanın % 0,1-dən az olması gözlənilir.
Radar altimetri, göndərilən radio dalğalarının bir yerə çırpılaraq geri dönməsi qanununa əsaslanaraq işləyir. Bu səbəblə bir təyyarənin yüksəkliyini dəniz səviyyəsindən deyil, dənizin altındakı torpaq sahəsindən  ölçülür.
Qeyd: Tərcümə edilmişdir

Hiç yorum yok

Tema resimleri mariusFM77 tarafından tasarlanmıştır. Blogger tarafından desteklenmektedir.