Kompressor nədir?

        


       Kompressor nədir?
       Kompressor – Atmosferdən aldığı havanı sıxışdıraraq təzyiqi artıran maşınlardır.
       Kompressor– Havanı və digər qazları atmosfer təzyiqindən daha yüksək təzyiqlərə sıxmaq üçün istifadə edilən maşındır(cihazdır). Qazların sıxılması üçün tətbiq edilir, sıxma zamanı p təzyiqə və V1 həcmə malik qaz kiçilərək Vhəcmini alır. Bu zaman qazın təzyiqi p2  artır və qaz qızır.
       Qaz kompressoru – qazların həcmini azaldaraq təzyiqi artırmaya yarayan cihazdır.
       Hava kompressoru – hava təzyiqini təmin edən bir cihazdır.
       Kompressorlar, təzyiqli havanın lazım olduğu mühitlərdə hava dəstəyi təmin etmək məqsədi ilə və pnevmatik işləmə sistemində istifadə edilir. Havanı sıxışdıraraq təzyiqli olaraq istifadə etməyimizə, bəlli bir nisbətdə qismi vakum əldə etmək və ya atmosfer təzyiqinin altına enmək üçün də istifadə edilən cihazdır. Belə halda nasos, havalı yerdəki havanı ya da qazı xaricə atır.
       Kompressorların ümumi işləmə prinsipi, xaricdən aldığı havanı daha yüksək təzyiqlərdə  istifadə edir.
       Kompressor alarkən bu faktorlara diqqət edilməlidir.
     ➤işlətmə təzyiqi
➤hava miqdarı
➤kompressor növü
➤xüsusi güc tükətimi
➤yüksüz güc tükətimi
➤təmiz (yağsız) təzyiqli hava
       Keyfiyyətli kompressor, istifadə müddəti vaxtında ən az elektrik enerjisi ilə ən verimli havanı əldə edir. Kompressor boşda (yüksüz) çalışarkən, ən az güc tükətilməlidir.
       Kompressor soyutma sistemlərində daha çox istifadə edilir. Kompressor problemləri əmələ gəldikdə soyutma sistemləri işləmir. Ona görə kompressor problemləri dərhal aradan qaldırılmalıdır.
       Kompressorlar, hava təzyiqini artırmaqla istifadə edilən üsul baxımından dinamik kompressorlarmüsbət yerdəyişməli nasoslar və kompressorlar olmaq üzrə 2 əsas qrupda toplanır.
       İşləmə formasına görə aşağıdakı kompressor növləri var.
     ➤Porşenli kompressorlar
       Porşenli kompressorda verilən həcmdə qaz tutularaq sıxılır və sonra xaric edilir. Bunlar tsiklik işləyirlər və öz kiçik həcm tutumu və yüksək təzyiq fərqi ilə fərqlənirlər.
     ➤Vintli kompressor
       Vintli kompressorlar iki vallı olub daxili sıxışdırma ilə işləyirlər. Kiçik ölçüsü, çəkisi, stabil və sakit axma qabiliyyəti onun üstün cəhətlərindəndir. Bu kompressorlarda 30 bar-a qədər təzyiq yaranır.
     ➤Mərkəzdənqaçma kompressorları
     ➤Axial axımlı kompressor
     ➤Fırlanan (rotativ) yerdəyişməli kompressor
     ➤Raket kompressor
     ➤Hidravlik kompressor
     ➤Qaz və buxar kompressoru


       Qeyd: Tərcümə edilmişdir

Hiç yorum yok

Tema resimleri mariusFM77 tarafından tasarlanmıştır. Blogger tarafından desteklenmektedir.