“Qazdan istifadə Qaydaları” 80 saylı qərar


        Bu dəfəki yazım gündəlik məişətdə və sənayedə istifadə etdiyimiz qaz haqqındadır.  Təbii qazdan istifadə edirik, lakin çoxumuzun hansı vəzifə və hüquqlara sahib olduğumuzdan hələ də xəbəri yoxdur. Bu da bəzən istehlakçı ilə qaz paylayıcı arasında bəzi anlaşılmazlıqlara səbəb olur. Bu mövzunu yazmağımda başqa bir səbəb isə bəzən işə qəbul üçün imtahanlarda “Qazdan istifadə Qaydaları” 80 saylı qərardan sualların olmasıdır. Bu vəsilə ilə həm abonent, həm qazpaylayıcı, həm tələbə, həm də işə qəbul üçün müraciət edən şəxsə azca da olsa köməyim dəymiş olar. Qərarı bütövlükdə paylaşa bilmədiyim üçün  həm pdf, həm də word  fomatında sizlər üçün hazırladım. Xoş oxumalar.




“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 168 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qazdan istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri   Artur RASİZADƏ

Bakı şəhəri, 12 may 2011-ci il
   № 80



Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR





*Mənbə1: http://www.e-qanun.az/framework/21691


Hiç yorum yok

Tema resimleri mariusFM77 tarafından tasarlanmıştır. Blogger tarafından desteklenmektedir.