Termometrlər



    Termometr və ya başqa adla desək istilikölçən.


    Qədim Yunancadan tərcümədə: “Thermos” istilik , “metron” ölçü deməkdir. İlk termometri XVI(16-cı) əsrdə italyan alimi Qalileo Qaliley icad etmişdir. O, şüşə kürənin dəliyini dar şüşə boruya lehimləyib içinə yarısından aşağı su tökür. Borunu çevirərək açıq tərəfini içərisində su olan qaba tökür. Sonra su olan qab qızdırılır.Su qızdıqca borudakı suyun səviyyəsi dəyişir. Bu səviyyəyə əsasən maddənin isti və ya soyuq olmasını təyin edir. Metrologiyada Selsi (Celsius), Farenheyt (Fahrenheit) və ya Kelvin kimi fərqli ölçü vahidlərindən termometrlərdə istifadə edilir. Bizlər istilik ölçərkən adətən Selsi şkalalı termometrlərdən istifadə edirik.
    Termometrin quruluşu:
Termometr şüşə boru,maye balonu və şkaladan ibarətdir. Maye balonunun içinə rəngli spirt və yaxud civə doldurulur. Cihaz isti mühitə gəldikdə maye istidən genişlənir. Və nəticədə yuxarı qalxır. Əksinə,sıxılır və səviyyə aşağı düşür. Maye balonu şüşə borunun içində yerləşir. Selsi şkalası ilə (C°)temperatur ölçülür. Belə termometrin üzərində onun ölçü vahidi yazılır. Günümüzdə ən çox civəli termometrlərə rast gəlirik.
    Termometr iki sabit nöqtə arasında kalibrasiya edilir. Bunlar suyun donma nöqtəsi ilə qaynama nöqtəsidir. Normal atmosfer təzyiqində (760 mm civə təzyiqi) bu iki nöqtə arasındakı məsafə Selsi termometrində 100 bərabər hissəyə bölünür. Bunların hər biri 1 Sentiqrad (Centigrad: 1 ° C)) göstərir. Farenheyt ölçüsündə isə bu 180 bərabər hissəyə bölünür. Bunların hər biri isə bir Farenheyti (1 ° F) göstərir. Bu ölçmədə, suyun donma və qaynama nöqtəsi müvafiq olaraq 32 ° F və 212 ° F olaraq müəyyən edilir. Reaumur şkalasında isə bu nöqtələr 0 ° R və 80 ° R olaraq adlandırılır. Ara  80 hissəyə bölünür. Civə -38.83 ° C donduğu üçün çox aşağı istiliklərin ölçülməsi üçün Reaumur termometri uyğun deyil. Bu cür termometrlər donma nöqtəsi aşağı olan rəngli spirtlə doldurulub. Əldə edilə bilən ən aşağı temperatur mütləq sıfır olub, -273,16 ° C-dir. Mütləq sıfırdan başlayan bir ölçü vahidi də Kelvindir, yəni -273,16 ° C( ≈ ͌273) = 0K təşkil edir. Bu termometr adını René Antoine Ferchault də Réaumur'den alır (1730-ci ildə oxşar bir şey yaratmışdır).
    Termometrlərin növləri:
    *DİGİTAL (rəqəmsal) termometr:
    Digital(rəqəmsal) termometr bədən temperaturunu ölçür. Ancaq digital olduğu üçün uzun zamanda ölçü nəticəsini bildirirlər. Amma ən sürətli ölçü termometridir.




    * CİVƏLİ termometr:
    Civəli termometr də bədən istiliyimizi ölçər ancaq digital termometrlərin ölçdüyü müddətdən daha çox müddətdə bu işi görür ən çox beş ya da on dəqiqədə ölçər amma digital termometr isə bir ya da iki dəqiqədə ölçə bilir. Civəli termometrə bədən termometri də deyilməkdədir.

    *SPİRTLİ termometr:
    Spirtli termometr asıldığı otağının istiliyini ölçür. Divar və otaq termometrləri də adlanır. Termometrlər nazik şüşə borulardan hazırlanır. Borunun alt ucu şişkin, içi spirt doludur. Üzərində dərəcə xəttləri olan incə uzun qisimin içindəki hava boşaldılır, sonra ağzı bağlanır. Beləliklə, istilik artdıqda boru içindəki maye genişlənir və tədricən artır. Meterologiyada Selsi, Farenheyt və ya Kelvin kimi fərqli şkalalı termometrdən istifadə edilməkdədir. Termometr, dəyişən istilik qarşısında mayelərin həcm dəyişdirməsi məntiqinə söykənir. İstiliyin çox aşağı olduğu yerlərdə isə donma temperaturu daha aşağı olan spirtli termometrə üstünlük verilir.

    *AZOTLU termometr:
    Azotlu termometr ilə 1600 dərəcəyə qədər olan temperatur ölçmək olar. 1600 dərəcədən yuxarı istilikləri ölçmək üçün pirometrlərdən istifadə edirlər. Bu alətin, istiliyi ölçüləcək cismə dəyməsinə gərək yoxdur, yalnız cismin ışımasını (közərməsini) ölçmesi kifayətdir.

    * METAL termometr:
    Civəli və spirtli termometrlərin ölçə bilmədiyi yüksək istilikləri ölçmədə istifadə edilir. Fırın və fabriklərdə 1600 ° C-yə qədər olan yüksək istilikləri ölçə bilir.

    *MAYELİ termometr:
    Mayeli termometrlər civə və rəngləndirilmiş spirt istifadə edilərək hazırlanan termometrlərdir. Termometrlərin ölçə biləcək istilik aralıqları vardır. Bu istilik aralıqları termometrdə istifadə edilən mayenin donma və qaynama istilikləri arasıdır.

    * QAZLI termometr:
    Qazlar, mayelərə görə, mayelər də qatı maddələrə görə istiliyə qarşı daha həssasdır. Bu səbəblə qazlı termometr çox həssas istilik ölçmələri üçün istifadə edilir.


Qeyd: Tərcümə edilmişdir.


Hiç yorum yok

Tema resimleri mariusFM77 tarafından tasarlanmıştır. Blogger tarafından desteklenmektedir.