ITRON (Gallus Pay G4-T) smart tipli yeni nəsil qaz sayğacları


      Bu dəfəki yazım yeni çox funksiyalı ITRON (Gallus Pay G4-T) smart tipli qaz sayğacları haqqındadır. Sayğacın funksiyaları, kartı sayğaca tanıtmaq, balansı artırmaq və ehtiyat kreditin alınması haqqında bildiklərimi sizlərlə paylaşmaq istəyirəm. Yeni nəsil smart sayğacın digər smart sayğacdan bir çox fərqi var. Ən əsas fərqləri yeni nəsil smart sayğaclar 
» NFC (Near Field Communication) çipi ilə təchiz edilmişdir.
» Gələcəkdə smart telefon vasitəsi ilə balansı artırmaq mümkün olacaq.

Kartı sayğaca tanıtmaq üçün nə etməliyik?


» İlk növbədə aidiyyatı qurumdan SMART sayğacın kartını alırsınız. 
» Sayğaca yaxınlaşıb sarı düyməni sıxırıq. Ekranda X8 menyusu görünür. 

» Sonra göy düyməni sıxıb saxlayırsız, X8 yazısı bir neçə dəfə yanıb sönür. Sonra ekran yanıb sönür və ekranın sağ aşağı küncündə NFC işarəsi yanıb sönür. Bu zaman barmağınızı göy düymədən çəkirsiniz. 

» Kartı sayğacın sol küncünə, dairəvi olan hissəyə yaxınlaşdırırsınız. Ekranın işığı tez-tez yanıb sönür, bu sayğacın kartı tanıdığını bildirir və klapan bağlanır. Yekunda ekrana “Credit cleared:” yazısı  və səs gəlir, artıq sayğac kartı tanıyır.

Sayğacda balansı necə artırmaq olar?


» Əvvəlcə terminalda kartın balansına müəyyən məbləğ daxil edilir. 

» Sayğaca yaxınlaşırıq və sayğac üzərindəki narıncı düyməni sıxırıq. X8 menyusu ekrana gəlir.

» Sonra göy düyməni sıxıb saxlayırıq,  X8 yazısı yanıb sönür. Daha sonra ekran yanıb sönür, bu zaman barmağımızı düymədən çəkirik. Ekranın sağ alt küncündə  yükləməni bildirən kiçik işarə gəlir. 

» Bu zaman kartı sayğacın sol hissəsindəki dairəvi hissəyə tərəf yaxınlaşdırırıq. Bu zaman ekran tez-tez yanıb sönür, bu ödənişin sayğaca uğurla yükləndiyini bildirir. Ekranda “New credit added:” yazısı və yüklədiyiniz məbləğ görünür.

Ehtiyat krediti almaq üçün nə etmək lazımdır?

Qeyd: Ehtiyat krediti alan zaman evdə bütün cihazlar bağlı olmalıdır. Sayğacın kipliyini, qaz itikisini yoxlamaq üçün  giriş ventili mütləq açıq olmalıdır.


» Narıncı və ya göy düymələr vasitəsi ilə X4 menyusuna gəlirik.

» Göy düyməni sıxıb saxlayırıq, X4 yazısı bir neçə dəfə yanıb sönür. Ekranda alt hissədə “bağlı klapan” işarəsinin sağına dairə və əl işarəsi gəlir və əlimizi düymədən çəkirik“Emergency Credit> +10.00” yazısı ekranda görünür. Bu o deməkdir ki, artıq ehtiyat kredit alındı.

» Sonra bağlı klapanı açmaq üçün X9 menyusuna gəlirik. 

» Göy düyməni sıxıb saxlayırıq. X9 yazısı yanıb sönür. Daha sonra ekranda “Supply Reconnect > 190s.” yazısı görünür, əlimizi düymədən çəkirik. Saniyə sıfıra qədər düşməlidir. Yuxarıda qeyd edildiyi kimi bu zaman evdə olan bütün cihazlar bağlanılmalıdır. Əgər xəttinizdə və ya cihazın yivli birləşmələrində sızma varsa, əməliyyat uğursuz olacaq. Bir neçə saniyədən sonra ekran görünmədiyi halda təkrar göy düyməni sıxın, düymə vasitəsi ilə təkrar X9 menyusuna gəlin. Bu zaman yenidən azalan saniyələri görəcəksiniz. Saniyə sıfıra düşdükdə “Bağlı klapan” işarəsi “Açıq klapan” işarəsi ilə əvəz ediləcək. Və artıq siz götürdüyünüz kreditdən istifadə edə bilərsiniz.



      Menyular:



  • X0 – Qalan kredit (Balans)
  • X1 – Toplam kredit (Sayğaca yüklənmiş toplam məbləğ)
  • X2 – Elektron göstərici
  • X3 – Elementin faizi 
  • X4 – Ehtiyat kreditin verilməsi
  • X5 – Saat 
  • X6 – Tarix 
  • X7 – Şifrə ilə balansı artırmaq ( Gələcək üçün nəzərdə tutulub)
  • X8 – NFC-nin işə salınması (Balansı artırmaq)
  • X9 – Klapanın açılması





7 yorum:

  1. Salam.X0-+405,X1+680,X2+570 gosterir. Xettede qaz var. Klapanda aciqdir.Amma eve qaz gelmir cihazlar islemir sebebi ne ola biler. Izah etseniz minnetdar olardim. Problem ne Olar qazin gelmemesinde.

    YanıtlaSil
  2. Bu kart və sayğac başdan ayağa problemdi. Heç kimə lazım deyil hər il yeni sayğac çıxarıb bezdirəsiz milləti. Mədəni şəkildə yeyintidi sadəcə.

    YanıtlaSil
  3. En problemli saygaclardir eger insanlarin reyi sizin ucun az da olsa ehemiyyet kesb edirse bu saygaclari legv edin

    YanıtlaSil
  4. Saygac karti tanimir avara etmisiz camaati yoxlamiyib guraşdirmisiz gaz idarəsi asan kamunala yolluyur adan kamunal gaz idarəsinə

    YanıtlaSil
  5. Bir hefteye 10 azn gedir bele kart olar???? Nece qurashdirmisiz gelin ele de sokun. Sabah sizi mehkemeye vererem agliniz bashiniza geler

    YanıtlaSil

Tema resimleri mariusFM77 tarafından tasarlanmıştır. Blogger tarafından desteklenmektedir.