AĞRI HƏSSASLIĞI NƏ İLƏ ÖLÇÜLÜR?

Dolorimetr ağrı həddini və ağrı tolerantlığını təyin etmək üçün istifadə edilən ölçmə vasitəsidir. Dolorimetriya isə ağrı həssaslığının və ya ağrı intensivliyinin ölçülməsi haqqında elm olaraq təyin edilmişdir. Bugünkü dövrümüzə qədər dolorimetrlərin bir neçə növü hazırlanmış və istifadə edilmişdir.
Dolorimetrlər hər hansı bir bölgəyə davamlı olaraq təzyiq, istilik və ya elektrik stimullaşdırmasını tətbiq edir və bədənin sinir sisteminin hərəkətə keçirərək istilik, təzyiq və ya elektrik cərəyanının hərəkət miqdarının hansı səviyyədə ağrı hissi doğurduğunu müəyyənləşdirir.
İlk dolorimetr 1940-cı ildə James Hardy, Harold Wolff və Helen Goodell tərəfindən ağrıkəsici dərmanların effektivliyini qiymətləndirmə metodu olaraq təqdim edildi. Onlar  bu sahədəki tədqiqatlarını New York Xəstəxanasında apararaq 100 vattlıq bir proyeksiya lampasının işığını insan dərisinə obyektiv vasitəsi ilə yönəltdilər. Onlar işığın təsirindən dərinin temperaturu 113 °F-ə (45 °C) çatanda insanların çoxunun ağrı hissi duyduqlarını təsbit etdilər. Həmçinin onlar dərinin temperaturu 152 ° F-ə (67 ° C) çatdıqdan sonra istiliyin artmasına baxmayaraq ağrı hisslərinin güclənmədiyini müşahidə etdilər.
Aparılmış tədqiqatlar nəticəsində onlar 10 səviyyədən ibarət "Hardy-Wolff-Goodell" şkalası adlanan bir ağrı şkalası hazırladılar və şkalada qeyd edilmiş 10 ədəd səviyyəyə “Dol” adını verdilər.



Tema resimleri mariusFM77 tarafından tasarlanmıştır. Blogger tarafından desteklenmektedir.